Seyran Ohanyan Koçaryanın varidatı ilə bağlı suala cavab verdi— ÖZƏL

Olaylar.az xəbər verir ki,"Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan parlamentdə keçirdiyi brifinqdə jurnalistin Robert Koçaryanın sərvətinin mənşəyi ilə bağlı sualını cavablandırıb.Ohanyan bildirib ki, Koçaryanla görüşlər əsasən siyasi və fraksiya ilə bağlı mövzulara həsr olunur, şəxsi suallar müzakirə olunmur.Keçmiş prezidentə və onun ailəsinə qarşı aparılan qanunsuz əmlak müsadirəsi prosesinə toxunan Ohanyan qeyd edib ki, bu məsələ ictimaiyyətin gözü qarşısında baş verir və Koçaryan dəfələrlə cavab verib. Hüquqi qiyməti isə hüquq-mühafizə orqanları verməlidir.Deputat əlavə edib ki, məsuliyyətdən yayınmırlar və məhkəmə sistemi, problemlərə baxmayaraq, müstəqil və obyektiv qərarlar qəbul etməlidir.

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31