Rusiya səfirindən Ermənistan müdafiə nazirinə etiraz məktubu— ÖZƏL
16 May 2025 12:21 DünyaOlaylar.az xəbər verir ki,Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin müdafiə naziri Suren Papikyana açıq məktubla müraciət edib. O, 9 May Qələbə Günündə Ermənistanın göstərdiyi hörməti alqışlayaraq, tədbirlərin yüksək səviyyədə keçirildiyini bildirib.Eyni zamanda səfir Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi A. Hovhannisyanın çıxışını kəskin tənqid edib. O, Hovhannisyanın faşist Almaniyasını haqlı göstərən bəyanatlarını "tarixi saxtakarlıq və qəhrəmanların xatirəsinə hörmətsizlik" adlandırıb.Səfir bildirib ki, bu cür açıqlamalar qəbuledilməzdir, xüsusən də həmin şəxsin Baqramyan adına Hərbi Akademiyada rəhbər vəzifədə olduğu bir vaxtda.
Gülxanım Əliyeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31