Rusiya: Ukraynanın yalnız atəşkəslə bağlı danışmaq istəyi narahatlıq doğurur – ÖZƏL

Ukraynanın İstanbulda yalnız atəşkəslə bağlı danışıqlar aparmaq istəyi, münaqişənin həlli yolları barədə dialoqa getməməsi Rusiya tərəfindən narahatlıqla qarşılanır. 

Olaylar.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin Kiyevin Hərbi Cinayətləri üzrə səfiri Rodion Miroşnik bildirib.

"Ən ciddi narahatlıq doğuran məqam, Ukrayna tərəfinin münaqişənin həlli deyil, sadəcə atəşkəslə bağlı danışıqlar aparmaq istəyi ilə bağlıdır", - deyə diplomat bildirib. Onun sözlərinə görə, uzunmüddətli həllin tərkib hissəsi olmayan atəşkəs Rusiya tərəfini qane etmir.

Miroşnikin sözlərinə görə, Ukraynanın təklif etdiyi 30 günlük atəşkəs Kiyevə mövqelərini möhkəmləndirmək imkanı verəcək. Bu müddət ərzində Ukrayna yeni istehkamlar quracaq, silah toplayacaq və qüvvələrini yenidən qruplaşdıracaq. "Başqa sözlə, bir ay sonra yeni bir eskalasiya mərhələsi yaranacaq. Bu, həll istiqamətinə deyil, əks istiqamətə hərəkətdir", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31