Kolumbiya BRİKS-in Yeni İnkişaf Bankına qoşulma prosesinə start verdi- ÖZƏL

Kolumbiya Prezidenti Qustavo Petro ölkəsinin BRİKS-in maliyyə qurumu olan Yeni İnkişaf Bankına üzv olmaq üçün rəsmi prosesə başladığını açıqlayıb. Olaylar.az xəbər verir ki, prezident bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib: "Yeni İnkişaf Bankına qoşulma prosesinə başlayırıq", - deyə o bildirib.
Petro hazırda bankın rəhbəri, Braziliyanın sabiq prezidenti Dilma Russef ilə Şanxayda danışıqlar apardığını da qeyd edib.
Xatırladaq ki, Yeni İnkişaf Bankı 2014-cü ildə BRİKS ölkələri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılıb və inkişaf etməkdə olan ölkələrin infrastruktur və davamlı inkişaf layihələrinə maliyyə dəstəyi verməyi hədəfləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31