ABŞ Rusiya-NATO Şurasının fəaliyyətinin bərpasını təklif edib— ÖZƏL
16 May 2025 11:46 DünyaOlaylar.az xəbər verir ki,
ABŞ, Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dəstək məqsədilə Rusiya-NATO Şurasının fəaliyyətinin yenidən başlamasını təklif edib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.Təklifə əsasən, Şura çərçivəsində təhlükəsizlik məsələləri üzrə müzakirələrin bərpası planlaşdırılır. Qeyd edək ki, Rusiya-NATO Şurası 2002-ci ildə yaradılıb, lakin Qərblə Moskva arasında gərginliyin artması səbəbindən fəaliyyəti dayandırılmışdı. ABŞ-ın bu təşəbbüsü mövcud gərginliyin azaldılması istiqamətində önəmli addım hesab olunur.
Gülxanım Əliyeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31