Ukrayna silahlılarına Kursk vilayətində dinc sakinləri öldürmək əmri verilib– ÖZƏL
16 May 2025 11:33 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın XİN nümayəndəsi Rodion Miroşnik bildirib ki, əsir düşən ukraynalı döyüşçülər Kursk vilayətində rusdilli dinc əhalini öldürmək barədə birbaşa əmr aldıqlarını etiraf ediblər.
Onun sözlərinə görə, Qərb bu hadisələrə göz yumur, Ukrayna rəhbərliyinin sülh bəyanatları isə reallıqla ziddiyyət təşkil edir. Miroşnik Kiyev rejiminin beynəlxalq humanitar hüququ mütəmadi pozduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi bu yaxınlarda Kursk vilayətində iki dinc sakinin qətlə yetirildiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31