Zelenski: “Putin yoxdursa, İstanbulda olmağımın mənası yoxdur”— ÖZƏL

Olaylar.az xəbər verir ki, 
Ukrayna Prezidenti Zelenski Ankarada Ərdoğanla görüşdən sonra bildirib ki, Rusiya danışıqlara aşağı səviyyəli nümayəndə heyəti göndərib. O, yalnız Tramp və Ərdoğana hörmət əlaməti olaraq Ukrayna nümayəndə heyətini İstanbula göndərdiyini deyib.
"Əgər Putin gəlməyibsə, mənim də, SBU və Baş Qərargah rəhbərinin də orada işi yoxdur", - deyə Zelenski bildirib. Ukrayna tərəfinin əsas məqsədi atəşkəsə nail olmaqdır. Əgər Rusiya real sülh istəməsə, Ukrayna Qərbdən və Qlobal Cənubdan Rusiyaya qarşı sanksiyalar tələb edəcək.

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31