Patriarx Papa Roma Lev XIV-ə ikon hədiyyə etdi— ÖZƏL

Olaylar.az xəbər verir ki, 
Roma Papası Lev XIV Şərqi Katolik Kilsələrinin yubiley tədbiri çərçivəsində Şərqi kilsələrin liderlərini və inanclılarını qəbul edib. Görüşdə Ermənistan Katolik Kilsəsinin patriarxı Rafael Petros Minasyan da iştirak edib.

Patriarx Papa Lev XIV-ə müqəddəs Bzommarlı Məryəm Ananın təsvir olunduğu bir ikon təqdim edib və onun dua və xeyir-duasını istəyib.

Papa çıxışında Şərqi kilsələrin xristianlığın qorunması və yayılmasında xüsusi rolunu vurğulayıb, ənənələrin qorunmasının vacibliyini qeyd edib. Tədbirdə 23 Şərqi Katolik Kilsəsinin nümayəndələri iştirak edib.

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31