Ukrayna münaqişəsini yalnız Tramp və Putin görüşü həll edə bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Fox News-a verdiyi müsahibədə bildirib ki, Ukraynadakı münaqişənin həlli üçün yeganə real imkan ABŞ-ın sabiq prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlardır.

Rubio deyib: "Hazırda tarix və məkan dəqiq deyil, amma bu, həqiqətən yeganə şansdır."

O, digər ölkələrin də bu yanaşmanı paylaşacağına əmin olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Sebastyan Qorka Tramp administrasiyasının Ukrayna üzrə ərazi məsələlərinə praqmatik yanaşdığını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31