Zelenski Putindən danışdı: "Onun arxasınca dünyanın müxtəlif yerlərinə qaça bilmərik"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə birbaşa mesaj ünvanlayıb.

Bu barədə Zelenski Ankarada keçirdiyi brifinqdə çıxışı zamanı danışıb.

"Əgər Putin danışıqlara həqiqətən hazırdırsa - gəlin görüşək. Biz onun arxasınca dünyanın müxtəlif guşələrinə qaça bilmərik", - deyə Ukrayna prezidenti bildirib.

O eyni zamanda Rusiya nümayəndə heyətinin İstanbul danışıqlarında zəif təmsil olunmasına etirazını bildirib:

"Donald Tramp Marko Rubionu göndərir, Türkiyənin xarici işlər naziri buradadır, Ukraynanın xarici işlər naziri Sıbiqa da buradadır. Bəs Rusiya tərəfdən uyğun səviyyəli şəxslər haradadır? Bu, həm ABŞ-a, həm də Türkiyəyə hörmətsizlikdir".

Zelenski əlavə edib ki, o, Putinə heç bir xüsusi təklif göndərməyib və beynəlxalq ictimaiyyətin tələbi ilə bu danışıqlara razılıq verib:

"Biz aramızda münasibətlər necə olur-olsun, bu danışıqlar təkcə bizim üçün yox, bütün dünya üçün önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31