Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşdı – Türkiyə XİN

"Rusiya və Ukrayna prinsipial olaraq, atəşkəslə razılaşdıqlarını bəyan ediblər".

Olaylar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, hər iki tərəfin fərqli fikirləri var:

"Ukrayna qeyd-şərtsiz atəşkəsin dərhal başlanmasını istəyir. Rusiya isə ilk növbədə müəyyən şərtlərin razılaşdırılmalı olduğu deyir. Buna görə də tərəflər bir araya gəlməli, razılaşmadıqları məsələləri müzakirə etməlidirlər. Məqsəd sülhə nail olmaqdırsa, onlar müəyyən güzəştlər etməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31