Ərdoğan-Zelenski görüşü keçirilir

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirilir.

Olaylar.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

"Prezident kompleksində prezident Rəcəb Tayyib Ərdoğanla prezident Zelenski arasında görüş başlayıb", -deyə materialda qeyd olunur.

Məlumata əsasən, ukraynalı dövlət başçısını Ankara aeroportunda Ərdoğan şəxsən qarşılayıb. Ukrayna prezidentinin təyyarəsi Ankaraya Bakı vaxtı ilə 13:17-də enib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31