Ermənistanda vəzifəli şəxslər arasında KÜTLƏVİ HƏBS

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində aparılan araşdırmalar çərçivəsində vəzifəli şəxslər həbs edilib.

Olaylar.az xəbər verir ki, komitədən yerli KİV-ə bildirilib ki, rüşvət vermək və almaq ittihamı ilə həbs edilən vəzifəli şəxslərin sayı 11 nəfərdir.

"Onlar Korrupsiyaya Qarşı Mübarizə Komitəsində aparılan araşdırmalar çərçivəsində həbs ediliblər".

Həbs olunanlar arasında Şenqavit rayon administrasiyasının məmurlarının olduğu da qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31