Ərdoğan Rusiya və Ukrayna nümayəndələri ilə görüşməyəcək

Ərdoğan İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşməyi planlaşdırmır.
 

 

Olaylar.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilib ki, Türkiyə liderinin proqramı paytaxt Ankarada onun iştirakı ilə cümə axşamı günü keçiriləcək tədbirlər cədvəlinə uyğun olaraq planlaşdırılır.

Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirlər cədvəlinə əsasən, Türkiyə lideri bu gün planlaşdırılan danışıqlar fonunda Türkiyə paytaxtına gəlişi gözlənilən Volodimir Zelenskini  Ankaradakı iqamətgahında qəbul edəcək.

Ərdoğanın həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (Ak partiya) konqres mərkəzində və Türkiyə Ticarət və Sənaye Palataları Birliyində (TOBB) tədbirlər keçirməsi planlaşdırılır.

Cədvəldən məlum olduğu kimi, Türkiyə liderinin cümə axşamı planlaşdırdığı bütün tədbirlər Ankarada baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31