İran Azərbaycanla qardaşlıq əlaqələrinin tərəfdarıdır – Pezeşkian
11:47 Dünyaİran region ölkələri, o cümlədən, Azərbaycanla səmimi münasibətlər və qardaşlıq əlaqələrinin tərəfdarıdır.
Olaylar.az-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İranın Kirmanşah vilayətində iş adamları ilə baş tutan görüşdə deyib.
Onun sözlərinə görə, İran regionun bütün ölkələri - Azərbaycan, Türkmənistan, Rusiya, Əfqanıstan, Pakistan, İraq, Səudiyyə Ərəbistanı ilə bərabərlik və hərtərəfli əlaqələrin tərəfdarıdır.
İran prezidenti bildirib ki, region və qonşu ölkələrlə qarşıdurmaya və başqalarının bundan faydalanmasına heç bir səbəb yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31