Zelenski Ankarada Ərdoğanla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı axşamadək Ankarada olacaq və burada onun rəsmi tədbirləri planlaşdırılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayılıb.

Yerli vaxtla saat 13:00 radələrində Ərdoğanın Volodimir Zelenskinin rəsmi qarşılanma mərasimi nəzərdə tutulub. Mərasim paytaxtdakı Prezident kompleksində keçiriləcək. Ardınca liderlər arasında təkbətək görüş, daha sonra isə geniş tərkibdə danışıqlar və işgüzar nahar baş tutacaq.

Paralel olaraq İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

Rusiyanın danışıqlarda iştirak edəcək nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

Rusiyanın nümayəndə heyətinə bundan başqa Rusiya XİN müavini Mixayil Qaluzin, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya silahlı qüvvələrinin baş qərargahının baş idarəsinin rəisi İqor Kostyukov daxildir.

Ukrayna tərəfindən isə danışıqlarda prezident ofisinin rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, xarici işlər naziri Andrey Sibiqa və dövlət başçısının müşaviri İqor Jovkva iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31