Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar aparmaq üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, mayın 15-də İstanbulda Ukrayna ilə danışıqlar aparacaq nümayəndə heyətinə prezidentiin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Bundan başqa, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31