İranda polislə silahlı qarşıdurma: ölənlər var

İranın Sistan və Bəlucistan əyalətinin Saravan bölgəsində silahl qarşıdurma baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, polis qüvvələri ilə qarşıdurmada 24 yaşlı Rəhman Qumşadzehi və 23 yaşlı Xudabəxş Məzarzehi yerindəcə həlak olub, bir polis əməkdaşı isə yaralanıb.

"Polis qüvvələri Rəhmən Qumşadzehi və Xudabəxş Məzarzehinin olduğu avtomobilə öncədən xəbərdarlıq etmədən atəş açıblar və həmin şəxslər də polislərə müqavimət göstərib", - məlumatda qeyd olunub. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31