İstanbulda Rusiyanı kimin təmsil edəcəyini açıqlamırıq - Peskov

Kreml İstanbulda Ukrayna ilə danışıqlarda Rusiyanı kimin təmsil edəcəyini hələlik açıqlamayıb.

Olaylar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov qeyd edib ki, Rusiya nümayəndə heyəti mayın 14-də mütləq orada olacaq və Kiyevdən nümayəndələri gözləyəcək:

"Bu baxımdan heç nə dəyişməyib. Prezidentdən müvafiq göstəriş alanda bunu edəcəyik. Hələlik belə tapşırıqlar olmayıb".

O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin mayın 11-də gecə bəyanatında söylədiyi hər şey aktual olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31