Qəzzadakı faciənin sona çatması üçün… – Ərdoğan
15:51 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa "Suriyaya qarşı sanksiyaları qaldıracağını" elan etdiyinə görə təşəkkür edib.
Olaylar.az xəbər verir ki, bu barədə, o, partiyasının qrup toplantısı zamanı bildirib.
Ərdoğan, həmçinin, tezliklə Qəzza ilə bağlı da ürəkaçan xoş xəbər alacağına ümid etdiyini vurğulayıb: "Qəzzada artıq vəhşilik həddinə çatmış humanitar faciəyə son qoymaq səylərimizdə dostum Trampın dəstəyinə ümid edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31