Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
15:45 DünyaTiflis Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin sabiq prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə cinayətləri araşdıran parlament komissiyasının iclaslarına gəlməkdən imtina etdiyinə görə barəsində həbs qətimkan tədbiri seçib.
Olaylar.az xəbər verir ki, bu barədə "İnterpressnyus" agentliyi məlumat yayıb.
Prokurorluq Okruaşvilinin həbsi ilə bağlı yeni vəsatət qaldırıb.
Məhkəmə prokurorun vəsatətini təmin etdikdən sonra Okruaşvili saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31