Rusiyanı bölməklə bağlı planlar qurulur - Narışkin

Geosiyasi rəqiblər Rusiyanın böyüklüyündən, insan və təbii sərvətlərindən narahatdır, onlar ölkədə hakimiyyət dəyişikliyi ilə bağlı arzular və planlar qururlar.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

Narışkin əlavə edib ki, hazırda da Rusiyada "şəhər dəliləri" adlandırılan kiçik qruplar mövcuddur və onlar ölkəni parçalamaq istəyir:

"Amma şükürlər olsun ki, onların çoxu artıq Rusiya ərazisini tərk edib. Bununla belə, onlar Qərbin maliyyə dəstəyi ilə Rusiyanı bir neçə hissəyə bölmək planları qururlar. Bütün bunlar hələ də davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31