Trampın çıxışı aldadıcıdır, bizə problemi ABŞ yaradır - Arakçı
15:30 DünyaABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında İranla bağlı çıxışı və iddiaları aldadıcı və əsassızdır.
Olaylar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
O, İranın hazırkı ağır iqtisadi vəziyyətinə görə ABŞ-ı günahlandırıb:
"Son qırx il ərzində öz sanksiyaları, təzyiqləri, hərbi və mülki təhdidləri ilə İran xalqının tərəqqisinə mane olan, ona iqtisadi problemlər yaradan Amerikadır".
Qeyd edək ki, Donald Tramp dünən Ər-Riyadda Səudiyyə-Amerika İnvestisiya Forumunda çıxışı zamanı tərəflərin Tehranın nüvə proqramı ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə, ABŞ administrasiyasının İrana maksimum təzyiq göstərməyə və ölkəni neft ixrac etmək imkanından məhrum etməyə hazır olduğunu demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31