Donald Tramp Suriyaya İsraillə münasibətləri normallaşdırmağı təklif edib – ÖZƏL
14:40 DünyaABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya Prezidenti Əhməd əl-Şəraa ilə görüşü zamanı Dəməşqə İsraillə münasibətləri İbrahim Razılaşmaları çərçivəsində normallaşdırmağı və İŞİD-in yenidən güclənməsinin qarşısını almağı təklif edib.
Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Leavitt "X" sosial şəbəkəsində məlumat verib.
Leavittin sözlərinə görə, Tramp Əl-Şəraaya Suriya xalqı üçün "yaxşı işlər görmək", İsraillə İbrahim Razılaşmalarına qoşulmaq və ABŞ-yə İŞİD-in yenidən formalaşmasına qarşı mübarizədə kömək etmək çağırışları edib.
Tramp həmçinin Suriyadakı bütün xarici terrorçuların ölkədən çıxarılmasını və fələstinli terrorçuların deportasiya olunmasını tələb edib.
Prezident Əl-Şəraa isə Suriyanın şərq və qərb arasında ticarət körpüsünə çevrilə biləcəyinə ümid etdiyini bildirib və ABŞ şirkətlərini Suriya neft və qaz sektoruna investisiya yatırmağa dəvət edib.
Görüşdə Ukrayna və Qəzza zolağındakı münaqişələr də müzakirə olunub. Bu, ABŞ və Suriya liderlərinin son 25 ildə ilk birbaşa görüşü olub.