İspaniyada baş verən genişmiqyaslı elektrik kəsintisi ilə bağlı kiberhücum izinə rast gəlinməyib- ÖZƏL
14:14 DünyaAprelin 28-də İspaniya və Portuqaliyanı əhatə edən genişmiqyaslı elektrik kəsintisi ilə bağlı aparılan araşdırmalar nəticəsində elektrik şəbəkəsinin operatoru olan REE-yə qarşı hər hansı kiberhücum izinə rast gəlinməyib. Olaylar.az xəbər verir ki, bu barədə İspaniyanın energetika naziri Sara Aagesen çərşənbə günü açıqlama verib.
Xatırladaq ki, baş nazir Pedro Sançes hadisədən bir gün sonra - aprelin 29-da verdiyi açıqlamada hökumətin kiberhücum ehtimalını istisna etmədiyini bildirmişdi. Lakin nazirin son açıqlaması bu ehtimalı aradan qaldırır.
Hazırda hadisənin texniki səbəbləri araşdırılır və hökumət əhaliyə tam şəffaflıqla məlumat verməyə davam edəcəyini bildirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31