Ohanyanın oğlu “Lələtəpə” əməliyyatının uğursuzluğuna görə ittiham olunur – ÖZƏL
13:49 DünyaErmənistan Baş Prokurorluğu "Hayastan" fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyanı 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin Lələtəpə istiqamətində irəliləyişinin qarşısını almaq əməliyyatının uğursuzluğuna görə ittiham edir.
Olaylar.az xəbər verir ki, istintaqın məlumatına görə, Artur Ohanyan 2020-ci il oktyabrın 6-da Qarabağdakı separatçı qurumun ordusunun komandanlığından əks-hücum əmri alsa da, tapşırığı lazımi şəkildə yerinə yetirməyib. Əlaqələndirmə və planlaşdırma zəifliyi, həmçinin nizamsız qüvvə bölüşdürülməsi nəticəsində şəxsi heyət və texnika təyin olunmuş mövqeyə çatmayıb, bu da döyüş tapşırığının uğursuzluğu ilə nəticələnib.
Bundan əlavə, həmin bölmənin batalyon komandirlərindən biri döyüş tapşırığını yerinə yetirməkdən imtina edib, digəri isə tankla xəndəyə düşüb və döyüşü davam etdirməyib.
Artur Ohanyana qarşı "döyüş şəraitində xidmətdə səhlənkarlıq", digər zabitlərə isə "hərbi xidmətdən imtina" maddələri ilə cinayət işi açılıb. Qeyd edək ki, bu əməliyyatın uğursuzluğu ilə əlaqədar daha əvvəl Qarabağdakı separatçıların sabiq komandanı Cəlal Arutyunyan 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.