Ermənistan parlamentində gərginlik: müxalifət deputatından sərt tənqid— ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan  parlamentində  gərginlik yaşanıb. "Hayastan" fraksiyasının deputatı Artur Xaçatryan çıxışında hakim "Vətəndaş Müqaviləsi" fraksiyasını sərt tənqid edib və onların bəzi üzvlərini "siyasi xameleon" adlandırıb.
Xaçatryan qeyd edib ki, nazirlərdən biri vəzifəyə gəlməmişdən əvvəl sosial cəhətdən çətin durumda olub və televizoru belə kreditlə alıb. Lakin indi həmin şəxs dəbdəbəli mənzil alaraq varlanıb.Bu fikirlər parlament zalında narazılıq yaradıb və hakim fraksiya üzvləri Xaçatryanı replikalarla susdurmağa çalışıblar. Müxalif deputat isə buna cavab olaraq bildirib: "Çox gözəl, sizə  əl  də  çala bilərəm, rəqs edin!"
Hadisə parlamentdə atmosferin daha da gərginləşməsinə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31