Seyran Ohanyanın oğluna qarşı cinayət işi başlanıb— ÖZƏL

Olaylar.az xəbər verir ki, 
Ermənistanda 44 günlük müharibə ilə bağlı N saylı hərbi hissənin komandiri, polkovnik A.O.-ya qarşı səhlənkarlıq, mayor rütbəli G.A. və G.M.-yə isə döyüş əməliyyatlarından imtina ittihamı ilə cinayət işi başlanıb.İttihama görə, A.O. döyüş tapşırığını düzgün planlaşdırmayıb və idarə etməyib, nəticədə əməliyyat uğursuz olub. G.A. və G.M. isə döyüş bölgəsindən yayınıb və əmri yerinə yetirməkdən imtina ediblər.Prokurorluq tərəfindən ittiham aktı təsdiqlənib və iş məhkəməyə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31