Haaqa sammitində əsas müzakirə mövzusu Ukrayna deyil, hərbi xərclər olacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, 24-25 iyun tarixlərində Haaqa şəhərində keçiriləcək NATO sammitində əsas müzakirə mövzusu Ukraynanın alyansa üzvlüyü deyil, hərbi xərclərin artırılması və hərbi istehsalın gücləndirilməsi olacaq.

Agentliyin mənbələrinə əsasən, bu dəfəki sammit əvvəlkilərlə müqayisədə daha qısa olacaq və yekunda yalnız qısa bir bəyanat qəbul ediləcək.

Bloomberg həmçinin qeyd edir ki, NATO üzvü olan dövlətlər ABŞ Prezidenti Donald Trampın tələblərini nəzərə alaraq, 2032-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağa çalışırlar. Bu planlar bu həftə Türkiyədə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə də müzakirə olunacaq.

Hazırda NATO-nun 32 üzvündən, o cümlədən ABŞ-dən heç biri bu maliyyə həddinə çatmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31