Paşinyanın sərt ifadələri hakim partiyada narazılıq doğurur— ÖZƏL

Olaylar.az xəbər verir:
Baş nazir Nikol Paşinyanın son bəyanatları və davranışları hətta hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları arasında narazılıq yaradıb. Parlamentdə müxalifətə qarşı "ambal" (kobud adam) ifadəsini işlətməsi ciddi tənqid olunub.
Hakim fraksiyanın bəzi deputatları bu ifadəni yolverilməz sayaraq, baş nazirin bu cür davranışını açıq şəkildə qınayıblar. Bəzi yaxın müttəfiqləri isə mövzudan yayınmağa çalışır, bəziləri isə ümumiyyətlə Paşinyanın belə söz dediyinə inanmadıqlarını bildirirlər.Mövzu ilə bağlı keçmiş deputat, əvvəllər "Çiçəklənən Ermənistan" partiyasının üzvü olmuş, sonradan Paşinyana yaxınlaşan Sergey Bağratyana da sual verilib. Lakin o, suala cavab verməkdən yayınaraq "şərh yoxdur" deməklə kifayətlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31