Ermənistanda Paşinyana qarşı impiçment təşəbbüsü— ÖZƏL

Olaylar.az xəbər verir:
Ermənistanda müxalifət baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsü ilə çıxış edib. "Pativ unem" fraksiyasının üzvü Taron Marqaryan bütün vasitələrlə - o cümlədən impiçment və küçə mübarizəsi ilə - hakimiyyət dəyişikliyini zəruri sayır.
"Artun enk" təşəbbüs qrupu deputatlara müraciət göndərərək impiçment prosesinə başlamağı təklif edib. "Pativ unem" bu təşəbbüsə dəstək verir və vahid namizəd ətrafında müzakirələr təklif edir. Sərj Sarqsyanın tərəfdarları Robert Koçaryanın namizədliyini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
"Hayastan" fraksiyası isə hələ müzakirələrin olmadığını deyir və təşəbbüsün yalnız ideya olaraq qaldığını vurğulayır. İmpiçment üçün 36 imza, qəbul üçün isə 54 səs tələb olunur. Hazırda müxalifətdə bu rəqəmlərə çatmaq çətindir.
Bəzi deputatlar isə təşəbbüsə real nəticə görmədikləri üçün qoşulmaqdan imtina ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31