Putinlə istər Ankarada, istərsə də İstanbulda görüşməyə hazıram - Zelenski
13 May 19:02 DünyaUkrayna 15 may tarixində Türkiyədə - istər Ankarada, istərsə də İstanbulda - Vladimir Putinlə danışıqlara hazırdır. Bu görüşün baş tutması üçün mümkün olan hər şey ediləcək.
Olaylar xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı danışıb.
Ukraynalı dövlət başçısı bildirib ki, 15 may tarixində Türkiyədə danışıqlar məsələsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.
"Prezident Ərdoğanla görüşümüzün Türkiyənin paytaxtı Ankarada baş tutacağını razılaşdırdıq. Görüş cümə axşamı, ayın 15-də olacaq. Biz Putinlə Türkiyədə görüşü gözləyəcəyik," - Zelenski qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31