Norveçdə NATO Çevik Reaksiya Qüvvələrinin təlimləri başlayıb - ÖZƏL
16:27 DünyaNorveçin şimalında NATO-nun ABŞ ordusunun rəhbərliyi ilə keçirilən "Swift Response" adlı genişmiqyaslı sürətli reaksiyalı qüvvələr təlimlərinə start verilib. Olaylar.az xəbər verir ki, bu barədə Norveçin NRK nəşri məlumat yayıb.
Təlimlər Norveçin Troms bölgəsində başlayıb və eyni zamanda İsveç, Latviya və Litvada da keçiriləcək. Təlimlərdə NATO-ya üzv olan müttəfiq ölkələrdən ümumilikdə 7 000 hərbçi iştirak edəcək.
13 may tarixində ABŞ, Böyük Britaniya və Macarıstandan olan 400 desantçının iştirakı ilə hava-desant manevrləri həyata keçirilib.
Təlimlərin əsas məqsədi NATO qüvvələrinin Şimali Avropa və Baltikyanı bölgələrdə sürətli yerləşdirilmə qabiliyyətini və hazırlıq səviyyəsini gücləndirməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31