İtaliyada güclü zəlzələ olub

İtaliyanın Neapol şəhərində güclü zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanalogiya institutu məlumat yayıb.

Məlumata görə, 4,4 bal gücündə zəlzələnin episentri 974 min nəfər əhalisi olan Neapoldan 12 km qərbdə olub. Yeraltı ocaq isə 3 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.

Təhlükəsizlik tədbiri olaraq həmin bölgədə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31