BMT: ABŞ-dən deportasiya olunan venesuelalıların aqibəti naməlumdur- ÖZƏL

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-dən deportasiya olunan əcnəbilərin sayı və onların hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıq ifadə edib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk verdiyi açıqlamada yüzlərlə venesuelalının Salvadorun məşhur CECOT mega-həbsxanasına göndərilməsi faktını tənqid edib.
Olaylar.az xəbər verir ki, ABŞ hökumətinin məlumatına əsasən, 20 yanvar - 29 aprel tarixləri arasında 142 min nəfər ölkədən deportasiya edilib. BMT bu prosesdə xüsusilə mart ayında prezident Donald Trampın 1798-ci ilə aid olan "Yad Düşmənlər Aktı"na istinad edərək Venesuelanın "Tren de Aragua" adlı cinayətkar qruplaşmasının üzvlərinin üçüncü ölkəyə - Salvadoradakı CECOT həbsxanasına göndərilməsinə diqqət çəkib.
ABŞ Ali Məhkəməsi və digər bir neçə məhkəmə deportasiyaların müvəqqəti dayandırılması barədə qərar versə də, BMT-nin İnsan Hüquqları Ofisi bildirir ki, təxminən 245 venesuelalının və 30 salvadorlunun taleyi və harada saxlanıldığı barədə məlumat yoxdur. Ailələr və hüquqşünaslar CECOT həbsxanasında 100-dən çox venesuelalının saxlanıldığını bildirsələr də, onların hüquqi statusu və şəraiti barədə rəsmi məlumat verilməyib.
"İnsanlar harada saxlanılır, hansı şəraitdədirlər - heç kim bilmir. Ailələr yaxınlarının taleyindən xəbərsizdir. Bu vəziyyət beynəlxalq hüquqa görə chr("39")məcburi itkin düşməchr("39") kimi qiymətləndirilə bilər ki, bu da çox ciddi pozuntudur," - deyə BMT sözçüsü Liz Trossell Cenevrədəki brifinqdə bildirib.
BMT həmçinin bu şəxslərin deportasiya olunmazdan əvvəl onlara məlumat verilmədiyini, hüquqi yardım almadıqlarını və deportasiyanın qanuniliyini məhkəmə qarşısında mübahisələndirmək imkanına malik olmadıqlarını qeyd edir.
Türk, deportasiya zamanı insanların qandallanaraq aparılmasını və miqrantlara qarşı aşağılayıcı ritorikanın istifadə edilməsini də "dərin narahatlıq doğuran" amillər kimi göstərib.
Ali komissar ABŞ hökumətinə çağırış edərək, məhkəmələrin qərarlarına əməl etməyə, uşaqların hüquqlarını qorumağa və insanları işgəncə və ya digər bərpaolunmaz zərər riski olan ölkələrə göndərməməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31