"Fələstin normal həyata qayıtmaq üçün 15 ilə ehtiyac duyacaq" – Nazir əl-Amur - ÖZƏL
14:59 DünyaFələstinin milli iqtisadiyyat naziri Mühəmməd əl-Amurun sözlərinə görə, müharibə başa çatdıqdan sonra Fələstinin normal həyata qayıtması üçün azı 15 il vaxt lazım olacaq. Olaylar.az xəbər verir ki, bu barədə o, Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının iqtisadi və sosial məsələlər üzrə Şurasının iclasında çıxışı zamanı bildirib. Qeyd edək ki, bu iclas ümumiərəb təşkilatının 34-cü sammiti ərəfəsində baş tutub.
"İsraillə müharibə bitdikdən sonra ölkəmizin yenidən normal həyata dönməsi üçün 15 ilə ehtiyacımız olacaq," - deyə nazir vurğulayıb. O, həmçinin əlavə edib ki, mövcud çətinliklərə baxmayaraq, fələstinlilər öz iradələrini və dözümlərini qoruyub saxlayırlar: "Xalqımız işğalın nə qədər davam etməsindən asılı olmayaraq məğlub olmayacaq."
Nazir bu sözləri ilə Fələstin xalqının ruh yüksəkliyi və azadlıq əzminin sarsılmaz olduğunu bir daha diqqətə çatdırıb.