Putin İstanbula getməkdən imtina etdi
14:03 DünyaMayın 15-də İstanbulda keçiriləcək Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi məlum olub.
Olaylar.az xəbər verir ki, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.
Nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov da daxil edilib.
Kremlə yaxın mənbələr bildirir ki, Rusiya Prezidenti Vladimir Putin İstanbula getməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31