Vəzifələrin qohum və tanışlar arasında bölüşdürülməsi müzakirə mövzusudur— ÖZƏL

Olaylar.az xəbər verir:
Ermənistan parlamentinin iclasında müxalifətçi deputat Artur Xaçatryan Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri Artur Nahapetyana müraciət edərək, vəzifələrə təyinatlarda hökumət nümayəndələrinin qohum və dostlarının üstünlük təşkil etdiyini vurğulayıb. O bildirib ki, mətbuatda bu məsələ ilə bağlı tez-tez yazılar dərc olunur və maraqlanıb: bu məlumatların hansısa təsdiqlənibmi?
Komitə sədri Artur Nahapetyan cavabında qeyd edib ki, mətbuatdakı yazılar diqqətlə araşdırılır və bəzi hallarda yayılan məlumatlar əsasında cinayət işləri açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31