GDK deputatı ilə Syunik qubernatoru arasında gərginlik artır— ÖZƏL
13 May 2025 11:55 DünyaOlaylar.az xəbər verir:
Ermənistanda "Vətəndaş Müqaviləsi" Partiyasının (GDK) deputatı David Danielyan ilə Syunik qubernatoru Robert Qukasyan arasında münasibətlər daha da gərginləşib.Baş nazir Nikol Paşinyanın iştirakı ilə rəssam Qrant Danielyanın muzeyinin açılışında qubernator görünməyib. Bildirilir ki, deputat onu tədbirə dəvət etməyib.
İddialara görə, David Danielyan qubernator postuna iddialıdır və bu səbəbdən münasibətlər pozulub. Tədbirdə digər yerli rəhbərlərin iştirakı, lakin qubernatorun olmaması diqqət çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31