Uitkoff: “Ukrayna ilə sülh razılaşması Putinin razılığı olmadan mümkün deyil” – ÖZƏL
10:41 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Ukrayna ilə bağlı sülh razılaşması Rusiya Prezidenti Vladimir Putinin razılığı olmadan mümkün deyil.
"Prezident Putinin razılığı olmadan heç bir razılaşma olmayacaq," - deyə o, Breitbart portalına verdiyi müsahibəsində qeyd edib.
Uitkoff əlavə edib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı yalnız Moskva və Kiyevlə deyil, həm də Böyük Britaniya, Fransa, Almaniya və İtaliyadan olan milli təhlükəsizlik müşavirləri ilə də müzakirələr aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31