ABŞ Çin göndərişlərinə tətbiq olunan "de minimis" tarifini 120%-dən 54%-ə endirir- ÖZƏL

ABŞ administrasiyası Çin göndərişlərinə tətbiq edilən "de minimis" tariflərini 120 faizdən 54 faizə endirmək barədə qərar verib. Olaylar.az xəbər verir ki, bu barədə Reuters Ağ Evin imzaladığı icra sərəncamına istinadən məlumat yayıb. Yeni qaydalara əsasən, hər bir göndəriş üçün minimum 100 dollar sabit rüsum qüvvədə qalacaq.
Digər bir mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ-Çin arasında əldə edilən ticarət razılaşmasında e-ticarət göndərişləri üçün "de minimis" istisnası nəzərdə tutulmayıb.
Bu arada Çin ABŞ-nin Boeing şirkətindən təyyarə təhvilini dayandıran qadağanı aradan qaldırdığını açıqlayıb. Bu addım ABŞ-Çin arasında ticarət gərginliyinin azaldılmasına yönəlmiş razılaşmadan sonra atılıb.

Xəbərlərə baxmayaraq, ABŞ Dollar İndeksi bu açıqlamalardan təsirlənməyib və gün ərzində 0.27% azalaraq 101.54 səviyyəsinə enib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31