Çin Boeing təyyarələrinə qoyulan qadağanı müvəqqəti ləğv etdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin ABŞ-la apardığı ticarət danışıqlarından sonra Boeing təyyarələrinin idxalına qoyulan qadağanı bir ay müddətinə ləğv edib. Danışıqlardan sonra iki ölkə idxal rüsumlarını 90 gün ərzində 10%-ə endirmək barədə razılığa gəliblər. Çin hökuməti yerli hava yolları şirkətlərinə və dövlət qurumlarına ABŞ istehsalı təyyarələrin yenidən gətirilə biləcəyini bildirib. Hava yolları şirkətləri isə təyyarə təchizatının vaxtını və şərtlərini özləri müəyyən edə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31