Tramp dərmanların qiymətini 59%-dək endirməyi planlaşdırır- ÖZƏL
15:03 DünyaABŞ prezidenti Donald Tramp ölkədə dərman vasitələrinin qiymətlərini 59%-ə qədər azaltmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Dərmanların qiyməti 59% və daha çox endəcək! Benzin, enerji, ərzaq və digər məhsulların qiyməti də aşağı düşəcək. İnflyasiya olmayacaq!!!" - deyə Tramp qeyd edib.
Bundan əvvəl Tramp bildirib ki, o, mayın 12-də ABŞ-da dərmanların qiymətlərinin 30-80% aşağı salınmasını nəzərdə tutan fərman imzalayacaq. Trampın sözlərinə görə, bu təşəbbüs nəticəsində dünya üzrə dərmanların qiyməti arta bilər, lakin bu, "Amerikada ədaləti bərpa etmək" üçün atılan addımdır.
Qeyd: Bu təşəbbüs, ABŞ-da səhiyyə xərcləri və dərman qiymətləri ilə bağlı uzun müddətdir davam edən narahatlıqlar fonunda irəli sürülüb.