Ararat Mirzoyan və Çin səfiri ikitərəfli əməkdaşlığı müzakirə ediblər- ÖZƏL

Olaylar.az xəbər verir:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 12 may 2025-ci il tarixində Çinin Ermənistandakı yeni səfiri Li Sinvey ilə görüşüb. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüşdə Ermənistan və Çin arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və digər sahələrdə əlaqələrin inkişafı müzakirə olunub. Mirzoyan iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və mövcud imkanlardan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin beynəlxalq platformalarda əməkdaşlıq, regional və qlobal proseslər, eləcə də "Sülh kəsişməsi" proqramı çərçivəsində regional kommunikasiya layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31