Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirəyə çıxardı- ÖZƏL
13:44 DünyaAvropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin razılaşdırılması prosesinə başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Aİ Daimi Nümayəndələr Komitəsinin (KOREPER) bazar ertəsi keçiriləcək iclasının gündəliyində qeyd olunub.
Sənəddə bildirilir ki, səfirlər "Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirdiyinə görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri" nəzərdən keçirəcəklər.
Avropa Komissiyası (AK) ötən həftə bu yeni sanksiyalar paketini Aİ ölkələrinə təqdim edib. Bloomberg agentliyinin məlumatına görə, Komissiya 60 fiziki və hüquqi şəxsin, eləcə də Rusiya neftini daşıyan 150 tankerin sanksiya siyahısına salınmasını təklif edir. Bu, Qərbin qiymət tavanı siyasətini nəzərə almadan həyata keçirilir.
Avropa Komissiyası yeni sanksiyalar paketinin 20 mayda keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasında təsdiqlənməsinə nail olmağa çalışır.