Şimpanzelərin “dili” insan dilinə bənzəyir – alimlərdən yeni kəşf- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya və Fransadan olan alimlər Kot-d İvuardakı Tayi Milli Parkında apardıqları tədqiqat zamanı müəyyən ediblər ki, vəhşi şimpanzelər səsləri müəyyən qaydalarla birləşdirərək müxtəlif mənalar ifadə edə bilirlər.

Araşdırma zamanı 12 əsas səs siqnalı və onların 16 birləşməsi qeydə alınıb. Bu birləşmələr vasitəsilə şimpanzelər yemlənmə, istirahət, aqressiya və qrupa aidlik kimi fərqli məqamları ifadə edirlər.

Tədqiqatçılar qeyd edirlər ki, bu vokal sistem təsadüfi deyil, sistematik və yaradıcıdır. Aparıcı alim Ketrin Krokford bildirir ki, bu xüsusiyyət insan dilinə xas olan yeni mənaların yaradılması qabiliyyətinə bənzəyir.

Araşdırmanın nəticələri dilin təkamülü ilə bağlı mövcud nəzəriyyələrin yenidən qiymətləndirilməsinə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31