Avropa İttifaqı Ukraynaya silah üçün 900 milyon avro ayıracaq- ÖZƏL

Avropa İttifaqı 2025-ci ilin sonuna qədər Ukraynaya silah və sursat alınması üçün əlavə 900 milyon avro ayıracaq. Bu vəsait Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin reinvestisiyası hesabına maliyyələşdiriləcək. Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ-Ukrayna hərbi əməkdaşlıq konfransında Avropa Komissiyasının müdafiə üzrə komissarı Andryus Kubilyus məlumat verib.
"Avropa İttifaqı bu ilin sonuna qədər Kiyev üçün silah və sursat alınmasına daha 900 milyon avro ayıracaq", - deyə Kubilyus bildirib.
O, həmçinin qeyd edib ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas mayın 9-da Lvovda Ukraynanın müdafiə sənayesinə 1 milyard avro sərmayə yatırılacağını və bu vəsaitin əsasən müxtəlif növ pilotsuz uçuş aparatlarının istehsalına yönəldiləcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31