ABŞ və Çin iqtisadi dialoq mexanizmi yaradacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Cenevrədə iki gün davam edən danışıqlardan sonra ABŞ və Çin birgə bəyanat yayaraq iqtisadi və ticarət əlaqələri üzrə daimi müzakirə mexanizmi yaradacaqlarını açıqlayıblar.

Bəyanatda qeyd olunur ki, tərəflər iqtisadi və ticarət əlaqələri barədə müzakirələri davam etdirmək məqsədilə xüsusi mexanizm yaradacaqlar. Çin tərəfini bu mexanizmdə Dövlət Şurasının sədr müavini He Lifeng, ABŞ tərəfini isə Xəzinədarlıq katibi Skott Bessent və Ticarət üzrə nümayəndə Ceymison Qriyer təmsil edəcək.

"Müzakirələr növbəli şəkildə ya Çində, ya da ABŞ-də, eləcə də tərəflərin razılığı ilə üçüncü bir ölkədə keçirilə bilər", - deyə birgə bəyanatda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31