BRİKS ölkələri iyul sammitində Ukrayna münaqişəsinin həllini müzakirə edəcək- ÖZƏL
12:46 DünyaBraziliya Prezidenti Luiz İnasio Lula da Silva Ukraynadakı münaqişənin həlli məsələsinin 6-7 iyul tarixlərində Rio-de-Janeyroda keçiriləcək BRİKS sammitində gündəmdə olacağını bildirib.
Olaylar.az xəbər verir ki, prezident bu barədə Rusiyaya səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında danışıb:
"Bu məsələ bizim sevimli BRİKS birliyimiz tərəfindən iyul ayında Braziliyada keçiriləcək sammitdə müzakirə olunacaq", - deyə Lula da Silva qeyd edib.
BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) dünyanın aparıcı iqtisadi və siyasi bloklarından biri hesab olunur və qlobal təhlükəsizlik məsələlərində daha fəal rol oynamağa çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31