Pakistan ordusu döyüşə tam hazır vəziyyətdədir - İshaq Dar
11:14 DünyaPakistanın silahlı qüvvələri hazırda yüksək hazırlıq vəziyyətindədir. Hərbçilərimiz Hindistana cavab zərbələrini sırf müdafiə ölçüsü olaraq endirirlər.
Olaylar.az "Geo TV" telekanalına istinadən xəbər verir ki, bunu Pakistanın baş nazir müavini, xarici işlər naziri İshaq Dar deyib.
"Pakistanın silahlı qüvvələri yüksək hazırlıq vəziyətindədir və son regional gərginlik fonunda (döyüşə) tam hazır səviyyəyə gətirilib", - deyə nazir bildirib.
Darın qeyd etdiyi kimi, beynəlxalq ictimaiyyət "Hindistanı öz səhvlərinin ciddiliyini dərk etməyə məcbur etmək" üçün üzərinə düşən rolu oynamalıdır. O, son iki sutka ərzində Yeni Dehlinin atdığı addımları qınayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31